23 Oktyabr 2023 16:39
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar oktyabrın 23-də saat 14:00 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.

Qurumdan Teleqraf.com-a bildirilib ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib. 6 nəfərə yerində yardım göstərilib, 9 nəfər isə tibb müəssisəsinin nəzdində olan xəstəxanalara təxliyə olunub.

Xəsarət alan 6 nəfər akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına Xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya yerləşdirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində 5 nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyətləri stabildir.

Qeyd edək ki, xəsarət alanlar 1988-ci il təvəllüdlü G.Hüseynova, 1988-ci il təvəllüdlü G.Verdiyeva, 1972-ci il təvəllüdlü S.Həsənova, 2007-ci il təvəllüdlü G.Hüseynova, 2006-cı il təvəllüdlü G.Alıyeva, 1985-ci il təvəllüdlü E.Hüseynov və daha 2 nəfərdir.

***

14:31

Gəncədə sərnişin avtobusu aşıb.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Xan Bağı ərazisində baş verib.

1 nömrəli marşurut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb.

İlkin məlumata görə, xəsarət alanlar var.

Məlumat üçün bildirək ki, sərnişin avtobusunun aşdığı ərazidə bir müddət öncə yaşayış binası inşa olunurdu. Amma işlər yarımçıq saxlanılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər