Abşeron rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, noyabrın 13-nə keçən gecə rayonun Saray qəsəbəsi ərazisində yerləşən gözəllik salonlarının birindən 20.000 manat dəyərində 2 ədəd lazer aparatı oğurlanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Samir Bayramov və Vüsal Hacıbəyov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.