29 Noyabr 2023 19:35
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakəndə iki avtomobil toqquşub, ölənlər və yaralananlar var.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Teleqraf.com-a verillən məlumata görə, hadisə bu gün noyabrın 29-da aaat 17 radələrində Balakən rayonunun Şambul kəndi ərazisində qeydə alınıb.

Hafiz İsmayılov və İlkin Hetayevin idarə etdiyi iki “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə hər iki avtomobildə biri olmaqla iki sərnişin ölüb, hər iki sürücü və üç sərnişin xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər