8 Dekabr 2023 18:57
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Çindəki sabiq səfiri Yaşar Əliyev vəfat edib.

Teleqraf.com xəbər verir ki, Yaşar Əliyev 75 yaşında vəfat edib.

Milli Məclisin keçmiş sədr müavini Yaşar Əliyev iki çağırış deputat olub. O, daha sonra 10 il Azərbaycanın Çindəki səfiri postunda çalışıb.

2011-ci il avqustun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri vəzifəsindən geri çağırılıb.

Qeyd edək ki, Yaşar Əliyev Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın atasıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər