Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Elvin Kərimov saxlanılıb.
Həmin şəxsin üzərindən 3,2 kiloqram narkotik vasitə olan marixuana və 300 qramdan artıq heroin aşkar olunub.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Elvin Kərimovun barəsində həbs qətimkan tədbiri seçilib.