16 Yanvar 21:45
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

TƏBİB-dən Teleqraf.com-a verilən məlumata görə, dərhal hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər