Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, yanvarın 16-da axşam saatlarında Lənkəran şəhərində bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini Ramil Abdullayev müəyyən olunaraq saxlanılıb