Rusiyanın Anapa şəhərində yaşayış binasının mansardasında yanğın baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi bildirib.
Nazirlik bildirib ki, yanğın sahəsi 1 min kvadratmetr qiymətləndirilir. Yanğının söndürülməsi üçün hadisə yerinə 100-dən çox canlı qüvvə və 35 texnika cəlb olunub.
Bildirilib ki, 440 nəfər, o cümlədən 112 uşaq təxliyə edilib, 1 nəfər yaralanıb.