26 Yanvar 2015 14:42
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi vəziyyət, bu il keçiriləcək parlament seçkilərinə hazırlıq və cari məsələlər müzakirə edilib.


VİP sədri Əli Əliyev Siyasi Partiyaların Demokratiya və İnsan Hüquqları Mərkəzində təmsil olunan bir qrup partiyanın 2015-ci il parlament seçkilərinə yönəlik yaradılan seçki blokunda təmsilçiliklə bağlı VİP-ə ünvanlanmış təklif haqqında Siyasi Şuraya məlumat verib. Sözügedən Mərkəzdə bir araya gələn təşkilatların müxtəlif istiqamətlər üzrə əməkdaşlığını müsbət qiymətləndirən VİP sədri həmin qurumların seçki çərçivəsində birgə fəaliyyəti üçün əsas və imkanların olduğunu vurğulayıb.

Siyasi Şura üzvləri ölkənin real müxalifət qüvvələrinin parlament seçkilərinə vahid platformada, hər seçki dairəsində vahid namizəd irəli sürməklə qatılmalarının vacibliyini qeyd edərək, sözügedən təşəbbüsü yüksək dəyərləndiriblər. Lakin VİP Nizamnaməsinin müvafiq tələbini rəhbər tutan Siyasi Şura üzvləri seçkilərdə iştirak haqqında qərar qəbul etmək səlahiyyətinin VİP-in ali seçkili orqanlarına məxsus olduğunu qeyd ediblər. Bu səbəbdən, VİP Siyasi Şurasının üzvləri Siyasi Partiyaların Demokratiya və İnsan Hüquqları Mərkəzindən daxil olan seçki blokunda təmsilçiliklə bağlı təklifin partiyanın bu ilin mart-aprel aylarında çağırılacaq Məclisində müzakirəyə çıxarılaraq, daha sonra konkret qərar verilməsinin məqsədəuyğunluğunu bildiriblər.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər