29 Fevral 16:52
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində evlərdən oğurluq edən paytaxt sakini əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Vüsal Məmmədov saxlanılıb.

Teleqraf.com xəbər verir ki, araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.

Faktlarla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar aparılır. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polisə məlumat verə bilərlər.


Müəllif: Hacı Zeynalov