28 Yanvar 2015 13:39
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 partiyanın birləşməsini əngəlləyən problemlər var

Bu gün Demokratiya və İnsan Hüquqları Mərkəzinin toplantısı keçiriləcək.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, toplantıda əsasən, seçki blokunun yaradılıb-yaradılmayacağı məsələsi müzakirəyə çıxarılacaq, partiyalar seçkilər mövzusunda öz qərarlarını açıqlayacaq.

Artıq VİP, AzDP, KXCP, ALDP, AXP, BAP və Azadlıq Partiyası mövqelərini dəqiqləşdirib. Lakin ADP, Ümid və Müsavat bir qədər fərqli mövqedən çıxış edir. Əldə etdiyimiz məlumata görə, dünən nahardan sonra ADP və Ümid sədri bir araya gələrək son dəfə müzakirələr aparıblar. Müzakirələrin nəticəsi həllik bəlli deyil. Ancaq bəzi xəbərlərə görə, Ümid və ADP mərkəzin seçki blokuna çevrilməsinə mənfi yanaşmır. Burada sadəcə bir problem var. Bu da daha çox Sərdar Cəlaloğlu ilə Sülhəddin Əkbər arasında olan problemdir. Bu şəxslər əvvəl eyni partiyada təmsil olunublar və indilikdə Cəlaloğlu Əkbərlə bir yerdə olub-olmayacağına qərar verməlidir. İkinci problem isə Müsavatla Sülhəddin Əkbər arasındakı gərginlikdir. Belə ki, Sülhəddin Əkbər Müsavatdan istefa edəndə Arif Hacılı və tərəfdarları bunu onun hakimiyyətlə işbirliyi kimi təqdim etmişdi. İndi vəziyyət dəyişib. Müsavat Sülhəddin Əkbərin sədri olduğu partiya ilə əməkdaşlığa getsə, öz daxilində yaranan müxalifət tərəfindən ciddi tənqid olunacaq. Odur ki, hazırda Müsavat tərəddüd içindədir. Mərkəzdən əldə olunan qeyri-rəsmi məlumata görə, bu ğun keçiriləcək toplantıda Müsavat seçki blokunun yaranmasının əleyhinə çıxış edəcək. Belə olacağı təqdirdə ADP və Ümid də seçki blokunun yaranmasına razılıq verməyəcək. Əgər ssenari bu istiqamətdə getsə, mərkəzdə təmsil olunan partiyalar arasında qarşılıqlı ittihamların şahidi olacağıq. Müzakirələrdə net bir qərara gəlinməyəcəyi təqdirdə AMİP-KXCP-ALDP-ALP-AzDP-nin parlament seçkilərində birgə iştirakı məsələsi meydana çıxacaq. Ancaq bu ssenari də Müsavat və ADP üçün maraqlı deyil. Hazırda mərkəzdə təmsil olunan partiyalar deputat mandatı əldə etmək üçün bir-birinin adından yararlanmağa çalışırlar.

Burada nisbətən ən güclü partiya Müsavatdır. Odur ki, seçkilərdə iştirak edəcək kiçik partiyalar Müsavatla birgə olmaq, ondan yararlanmaq niyyətindədir. Müsavat da bundan yararlanıb bir neçə istiqamətdə iş aparır. Müsavat isə AXCP-nin də iştirak edəcəyi ittifaqın tərəfdarıdır. Lakin qarşı tərəf hələlik bu məsələdə maraqlı görünmür.

Qeyd edək ki, indiki mərhələdə partiyaların parlamentə düşməsi təkcə mandat məsələsinə görə önəmli deyil. Məsələ burasındadır ki, Milli Məclisdə təmsil olunacaq partiya həm də dövlət büdcəsindən maliyyə ala biləcək.

Cavidan


Müəllif:

Oxşar xəbərlər