6 Aprel 13:03
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda baş verən güllələnmə hadisəsinin bəzi təfərrüatları bilinib.

Teleqraf.com xəbər verir , hadisə ötən gün gecə saatlarında rayonun Mikayıllı kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri Cavid Abdiyev və onun qohumu Məhəmməd Abdullayev mal-qaranın həyətyanı sahəyə keçməsinə görə mübahisə ediblər. C.Abdiyev bu barədə öz qohumuna irad bildirib. Mübahisə gecə saatlarında yenidən davam edib. Kəndin dərə hissəsində 21:00 radələrində qarşı-qarşıya gələn qohumların yeni mübahisəsi Cavidin hər iki ayağından ov tüfəngi ilə yaralanması ilə başa çatıb. O, xəstəxanaya yerləşdirilib.

Cavid Abdiyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən qohumu Məhəmməd Abdullayev polis orqanları tərəfindən müəyyən edilərək saxlanılıb.

Faktla bağlı müvafiq orqanların araşdırması davam etdirilir.

Güllə xəsarətləri alan şəxsin son durumuna gəlincə, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasından "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 1991-ci il təvəllüdlü C.Abdiyev xəstəxananın Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.

Ona hər iki aşağı ətrafda çoxsaylı seçmə yaraları diaqnozu təyin edilib.

Xəsarət alan şəxsə cərrahi müdaxilə olunub, hazırda vəziyyəti stabildir.//Report

***

08:50

Cəlilabad rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, aprelin 5-də saat 23:50-də Cəlilabad rayonunun Mikayıllı kənd sakini C.Abdiyevin hər iki ayaq nahiyəsinin aşağı ətraflarından odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə C.Abdiyevə ov tüfəngi ilə xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi M.Abdullayev müəyyən edilərək saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər