29 Aprel 09:14
381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda 47 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü Abdullayev Rasim Əliağa oğlunun idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub.

Hadisə zamanı xəsarət alan R.Abdullayev təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Fakt araşdırılır.


Müəllif: Teleqraf.com