Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə məktəbin sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Bildirilib ki, məktəbin fəal və nümunəvi şagirdi olan Nurməmmədova Leyla Anar qızı xəstəlik səbəbilə dünyasını dəyişib.