14 İyun 23:17
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda intihar hadisəsi olub.

Teleqraf.com xəbər verir ki, hadisə Şahsoltanlı kəndində qeydə alınıb.

61 yaşlı M.Cəfərova yaşadıqları evin həyətindəki tut ağacından özünü asaraq, həyatına son qoyub.

Məlumata görə, M.Cəfərova uzun müddətdir ki, ayaq nahiyəsindəki ağrıların kəskinləşməsindən əziyyət çəkib. Hətta bu barədə həyat yoldaşına da məlumat verərək, özünü öldürəcəyini deyib. Beləliklə qadın əri yatandan sonra həyətdəki tut ağacından özünü asıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com