Beyninə güllə vurulan 29 yaşlı kişi sağ qalıb.
Teleqraf.com Daily Mail-ə istinadən xəbər verir ki, Krit adasında yaxın məsafədən vurulan fermer 97% ölüm ehtimalına baxmayaraq ölməyib.
Qeyd edilir ki, güllə fermerə təxminən 10 metr məsafədən dəyib. Yaralı bir saatdan sonra koma vəziyyətində xəstəxanaya çatdırılıb. Güllə iki yerə bölünərək onun beyninin sol yarımkürəsini deşib. Əməliyyat zamanı həkimlər güllə parçalarını çıxarmaq üçün kişinin kəllə sümüyünün fraqmentlərini çıxarmalı olublar.
Hadisədən 2 ildən çox keçməsinə baxmayaraq kişi hələ də mürəkkəb cümlələri başa düşməkdə çətinlik çəkir. O, həmçinin spazmlardan əziyyət çəkir. Ağır travmaya baxmayaraq fermer şüurunu tam itirməyib. O, duyğularını nümayiş etdirə, səslər vasitəsilə ünsiyyət qura bilir.
Qeyd edək ki, başından güllə yarası alan insanların 3%-dən azının sağ qaldığı təxmin edilir. Bunlardan daha az hissəsi normal həyata qayıda bilir.