Kürdəmir sakini göldə batıb.
Teleqraf.com xəbər verir ki, rayonun Mürtülü kənd sakini, 1974-ci il təvəllüdlü Vasif Ələddin oğlu Mahmudov kənd ərazisində yerləşən göldə batıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Meyit tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.