1 İyul 22:57
376
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva cavab tədbiri olaraq 99 Kanada vətəndaşının Rusiyaya daxil olmasına həmişəlik qadağa qoyub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Xarici İşlər Nazirliyi bu şəxslərin “Rəsmi Ottavanın rusofob kursunun” hazırlanmasında və həyata keçirilməsində fəal iştirak etdiyini bəyan edib.

Qeyd edək ki, Kanada Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin rəhbəri Anton Əlixanova və Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinaya qarşı sanksiya tətbiq edib.

Sanksiyaların tətbiq olunduğu qurum və şəxslərin siyahısına həmçinin sovet xokkeyçisi Vladislav Tretyakı, bir sıra Rusiya KİV-ləri, o cümlədən “Rossiyskaya qazeta” və “Pobeda” aviaşirkəti də əlavə edilib.


Müəllif: Teleqraf.com