30 İyun 23:56
252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ələt -Astara avtomagistralının Biləsuvar rayonundan keçən hissəsində yük avtomobilində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırııb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Xəsarət alan yoxdur.


Müəllif: Teleqraf.com