7 İyul 10:15
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunun Qaracəlli kəndində “MAN” markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 22 ton taxılın 2 tonu və yaxınlıqda 1 ha biçilmiş taxıl sahəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a bildirilib ki, taxılın qalan hissəsi və ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər