10:20
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətlə yetirilən şagirdin təhsil aldığı məktəbdən Teleqraf.com-a bildirilib ki, hadisə məktəbdə baş verməyib.

Hadisə dünən saat 15:30 radələrində dərsdən kənar vaxtda baş verib.

Hadisəni törədən şəxsin məktəbli olmadığı, ötən il lX sinifdən sonra təhsilini davam etdirmədiyi deyilir.

***

9:12

Bakıda məktəbdə bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com “Report”a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Belə ki, məktəbin 10-cu sinif şagirdi 2008-ci il təvəllüdlü A.S (şərtidir) D. N-ı (şərtdir) bud nahiyəsindən bıçaqlayıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü( sağlamlığa ağır zərər vurma, zərərçəkmiş ölümü ilə nəticələnəndə) maddəsi il cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər