Suriyanın Hüms əyalətinin cənubunda avtobusun qəzaya uğraması nəticəsində azı 13 nəfər ölüb, daha 37 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
Qurum qeyd edib ki, avtobus Hüms – Dəməşq magistral yolunda aşıb.
Məlumata görə, hadisə yerində fövqəladə hallar xidməti və polis işləyir, hadisənin baş vermə şəraiti aydınlaşdırılır.