Bakıda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə paytaxtın Nardaran qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 78 yaşlı Nurcənnət Nurəddin qızı Hacıyeva yaşadığı bağ evində özünü asıb.
Onun asılmış meyitini ailə üzvləri aşkarlayıblar.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.