Göygöldə şəxsin özünə xəsarətlər yetirməsi nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır.
Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
İyulun 30-da Göygöl rayonu, Quşqara kənd sakini Elşad Mustafayevin yaşadığı evdə özünə bıçaqla xəsarətlər yetirməsi nəticəsində növbəti gün xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.