Bir kilometr hündürlükdən yıxılan idmançı qız sağ qalıb.
Teleqraf.com xəbər verir ki, hadisə Rusiyada baş verib.
Kirov şəhərində paraşut idmanı ilə məşğul olan üç qız təyyarədən tullanıb. Havada olarkən qızlardan birinin paraşütü açılmayıb. Paraşütü açılmayan qız bir kilometr hündürlükdən meşəyə düşüb. İdmançı xəsarət alsa da, onun həyatı üçün təhlükə yoxdur.