Sınaq uçuşu zamanı təyyarənin evə çırpılması nəticəsində pilot ölüb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə Taylandda baş verib.
Qəzaya səbəb mühərrikində nasazlıqlar olan təyyarə sınaq uçuşu zamanı evə çırpılıb. Nəticədə 34 yaşlı pilot dünyasını dəyişib.
Qəzadan sonra başlayan yanğın nəzarət altına alınsa da, təyyarənin düşdüyü evə ciddi ziyan dəydiyi bildirilib.