Moldovanın Kodryanka kəndi yaxınlığında avtomobil yolunda baş verən yol qəzasında 5 nəfər ölüb, daha 6 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Baş Müfəttişliyi məlumat yayıb.
Qeyd olunub ki, “Mitsubishi” və “Opel” markalı avtomobillər toqquşub. Qəzadan sonra hər iki avtomobil yanıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını söndürsələr də, avtomobillərdə sıxışan 5 sərnişinin həyatını xilas etmək mümkün olmayıb. Qəzada yaralanan biri böyük olmaqla, beş uşaq xəstəxanaya yerləşdirilib.
Hadisəyə səbəb avtomobili idarə edən sürücülərdən birinin qaydanı kobud şəkildə pozaraq qarşıdan gələn zolağa çıxması göstərilir.