31 Avqust 18:32
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Osetiyada "An-2" təyyarəsinin sərt enişi nəticəsində üçü uşaq olmaqla 7 nəfər ölüb.

Teleqraf.com yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, təyyarədə 15 nəfər olub və uçuş zamanı səkkiz paraşütçü paraşütla tullanıb.

Xəbərdə o da qeyd edilib ki, "An-2"in göyərtəsində göy öskürəkdən əziyyət çəkən uşaqların olduğu bildirilib. Şimali Qafqazda yerli sakinlər uşaqların göy öskürəkdən qurtulması üçün onları təyyarə ilə gəzdirir.


Müəllif: Arzu

Oxşar xəbərlər