Mingəçevirdə diş poliklinikasından oğurluq edən şəxs kameraya düşüb.
Teleqraf.com xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində fəaliyyət göstərən stomatoloji klinikada baş verib.
Oğurluq edən şəxs həkim-stomatoloqun otağına girir, ona məxsus pul qabını götürür və mərkəzi tərk edir.
Şəxsin törətdiyi əməl otaqda quraşdırılmış təhlükəsizlik kamerasi ilə anbaan qeydə alınıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, əməli törədən şəxsin kimliyi müəyyən olunub, onun saxlanılması istiqamətində tədbirlər görülür.