5 Mart 2015 17:12
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Luisvill Universitetinin professoru Castin Makkartinin 1915-ci il soyqırımının türklər deyil, ermənilər tərəfindən törədilməsi haqda yazdığı əsər yeni məsələ deyil”.

Teleqraf.com-un məlumatına görə, bu fikri AMEA Dünya Siyasəti İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, amerikalı professor illər öncə türk və ingilis dillərində yazdığı əsərlərində soyqırımın türklər deyil, məhz erməni dəstələri tərəfindən törədildiyini arxiv materialları əsasında yazıb.

“Castin Makkartinlə bir neçə beynəlxalq konfransda birlikdə məruzə etmişik. O, region tarixini yaxşı bilən, arxivlərdə işləmiş bir tədqiqatçıdır. Qeyd edim ki, ermənilərin türklərə, azərbaycanlılara və digər müsəlman xalqlarına qarşı törətdiyi soyqırımı yazan təkcə Castin və onun xanımı Karolin Makkartinlər deyillər. ABŞ-da bir neçə belə tarixçi var. Ümumiyyətlə, tarixdə “erməni soyqırımı” deyilən bir hadisə olmayıb. Soyqırımı ermənilər türklərə və digər müsəlman əhaliyə qarşı törədiblər”, – deyə M.Qasımlı qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər