Yeni seçki bloku yarana bilər. Bu haqda adının çəkilməsini istəməyən mənbə deyib.
Onun sözlərinə görə, parlament seçkiləri öncəsi Ədalət, Yaşıllar və İslam Partiyası arasında yeni seçki bloku formalaşa bilər.
Qeyd edilib ki, hazırda bu partiyalar arasında ciddi müttəfiqlik münasibətləri mövcuddur. Hətta ölkədə keçirilən sonuncu prezident seçkiləri zamanı adı çəkilən siyasi qüvvələr Ədalət Partiyasının sədri İlyas İsmayılovun namizədliyini müdafiə ediblər. Bundan başqa, Yaşıllar və İslam partiyaları məhz Ədalətlə müttəfiqlik etdiyi səbəbindən Demokratiya və İnsan Hüquqları Mərkəzindən çıxıblar və “Azadlıq-2015" seçki blokunda təmsil olunmaqdan imtina ediblər. İndi isə bu partiyalar arasında qarşıdan gələn parlament seçkilərinə dair danışıqlar başlayıb.
Əgər tərəflər razılığa gəlsələr, yaxınlarda yeni seçki bloku elan olunacaq.
Cavidan