"Bakıda keçiriləcək ilk Avropa Oyunlarına qarşı kampaniya aparanları anlaya bilmirəm. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi onun nüfuzundan xəbər verir. Hər kəs çalışmalıdır ki, ölkəsinin nüfuzunu qaldırsın, qorusun. Təəssüf ki, bəziləri Azərbaycanın imicini ləkələməklə məşğuldur, amma düz eləmirlər. Bu cür fəaliyyət aparanların özləri gözdən düşür".
Bunu Teleqraf.com-a açıqlamasında Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov ölkəmizdə "Bakı-2015" Avropa Oyunlarının keçirilməsinə münasibət bildirərkən qeyd edib.
İ.İsmayılov rəhbəri olduğu partiyanın Azərbaycanda Avropa Oyunlarının keçirilməsinə müsbət yanaşdığını bildirib: "Biz belə tədbirlərin keçirilməsini təqdir edirik. İndi hər şey reklam, təbliğat üzərində qurulub. Bu mənada "Bakı-2015" Avropa Oyunları Azərbaycanın dünyaya tanıdılması baxımından çox əhəmiyyətlidir. Biz gərək bunun əhəmiyyətini dərk edək".
Ayxan