1 May 2015 22:14
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da “Rossiya-24” telekanalına müsahibə verib.

“Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etməsi iki ölkə arasında münasibətlərin normallaşdırılmasına əsas əngəldir. Bu işğalın heç bir əsası yoxdur, nə tarixi, nə hüquqi, nə də siyası. Məlum olduğu kimi, BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz şəkildə Azərbaycan ərazilərində çıxarılmasına dair 4 qətnamə qəbul edib. Bundan 20 il keçməsinə baxmayaraq, bu qətnamələr kağız üzərində qalıb. Beləliklə, beynəlxalq hüquq və öz torpaqlarından didərgin düşən 1 milyondan artıq insanın hüquqları pozulub”, deyə Azərbaycan prezidenti bildirib.


Prezident İlham Əliyev həmçinin Birinci Dünya müharibəsində Qələbənin 70 illiyi, Azərbaycanın energetika sahəsinin uğurlu inkişafı, birinci Avropa Oyunlarına hazırlıq və digər məsələlərlə bağlı sualları cavablandırıb.

Sonda xatirə şəkli çəkdirilib.


Müəllif:

Oxşar xəbərlər