6 May 2015 12:25
1 964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan prezidenti Serj Sərkisyanın ABŞ-a səfəri gündəm yaratmasa da, heç bir marağa səbəb olmasa da bəzi erməni dairələri Vaşinqtona edilən turist səfərinin əhəmiyyətini şişirtməkdə maraqlı görünürlər.

Prezident Barak Obamanın 1915-ci il hadisələrini soyqırımı adlandırmamasından məyus olan Sərkisyan bu səfəri "daldan atılan daş" təsirini bağışlayır.

Səfərin məqsəd və detallarına toxunan erməni qəzeti “Aykakan Jamanak”ın yazdığına görə, Sərkisyan Vaşinqtonda "soyqırımı" ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etmək üçün Obamaya minnətçi düşüb. Amma Obamanın bu dəvəti qəbul edəcəyi ciddi sual doğurur.

Bu arada qeyd edək ki, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Ermənistan prezidenti ilə görüşüb.

Minsk Qrupunun nümayəndəsi qeyd edib ki, Vaşinqtonda Serj Sarkisyanla görüşmək imkanı olub:

"Mən doğma şəhərim Vaşinqtonda Ermənistan prezidentini salamlamağa çox şad oldum. Biz bu axşam Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi barədə söhbət edə bildik", - deyə Ceyms Uorlik qeyd edib.

ABŞ-ın Ermənistadakı səfiri Riçard Milz bildirib ki, ABŞ və Ermənistanın bu həftə Vaşinqtonda ikitərəfli ticarət və sərmayələr barədə saziş bağlayacaqlar.

Statistikaya görə, Ermənistanın xarici ticarətinin cəmi 4 faizi Amerikanın payına düşür və iki ölkə arasındakı ticarət dövriyyəsi $221 mln təşkil edir. Görünür, indən belə ABŞ-dan Ermənistana ixracat artacaq. Hər halda, Ermənistandan ABŞ-a gedəsi bir şey yoxdur. Ermənilərin ruslara “konyak” adı altında sırıdığı brendi Amerika sakinlərinə lazım deyil, çünki Fransadan həqiqi konyak alırlar.

Amma Amerikadan Ermənistana göndəriləcək çox məhsul var - ucuz soya yağı, broyler üçün soya əsaslı yem, ucuz toyuq budları və s.

Maraqlıdır ki, Sərkisyanın Vaşinqton səfəri ərəfəsində Ermənistan spikeri Qalust Saakyan qondarma Cənubi Osetiya parlamentinin spikeri Anatoliy Babilevlə görüşüb ki, bu da Gürcüstan tərəfindən çox sərt qarşılanıb.

Politoloq Ərəstun Oruclunun sözlərinə görə, Ermənistan mətbuatı Sərkisyanın ABŞ səfəri ərəfəsində belə bir görüşün keçirilməsini zərərli hesab edib: "Haqlı olaraq bildirilir ki, Ermənistan prezidentinin ABŞ-a səfəri ərəfəsində bu addım ancaq Vaşinqtonda Sərkisyan üçün mənfi aura yaradacaq və xoşagəlməz suallar doğuracaq. Sonra isə belə bir görüşün Sərkisyanın razılığından kənar baş tutmasının mümkün olmadığını yazan mətbuat bildirir ki, görünür, erməni prezidenti bu addımı öz Vaşinqton səfərilə Moskvanı qıcıqlandırmamaq üçün atıb. Başqa sözlərlə, Ermənistan prezidenti Rusiyaya demək istəyir ki, amerikalılardan da bir az nəsə qoparmaq istəyir, amma rusların şalvarının arxa cibindən çıxmaq fikrində deyil.
Ermənilər bədbəxt gündədilər, çünki rusun qarşısında zooloji qorxusu olan yaramaz hakimiyyətləri var. Belə yerdə "it kimi qorxur" ifadəsi daha uğurludur".

Ruslan


Müəllif:

Oxşar xəbərlər