Türkiyə ilə Azərbaycan böyük layihələrə imza atır. Trans-Anadolu qaz boru kəməri – TANAP layihəsi ilə Türkiyə Azərbaycanın təbii qazını alacaq və Anadolu torpaqlarından Avropaya çatdıracaq. Bakı-Tbilisi-Qars dəmiryolu ilə Bakı Avropaya bağlanacaq.
Bu sözləri Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib. O bildirib ki, Azərbaycan, bizim qardaş, iki dövlət, bir millət dediyimiz ölkədir. “Bütün Qafqaza, xüsusən Azərbaycana, Xəzərə səslənirəm, biz bu birliyi, bərabərliyi hər zaman Qars mərkəz olmaqla Qafqazda davam etdirəcəyik. Buna heç kim mane ola bilməyəcək”, - deyə Türkiyənin Baş naziri qeyd edib.