12 May 2015 16:06
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İqtidar-müxalifət dialoqunun üçüncü mərhələsi mayın 15-i, saat 10:00 da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək”.

Bunu Teleqraf.com-a Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə deyib.

Y.Bağırzadə bildirib ki, görüşün təşkilatçısı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsidir: “Siyasi partiyalara təklif edilib ki, görüşdə müzakirə ediləcək məsələlərlə bağlı təkliflərini irəli sürsünlər. Mümkün variantlardan biri kimi dialoqda I Avropa Yay Oyunları müzakirə edilə bilər”.

Qeyd edək ki, iqtidar-müxalifət dialoqunda format əvvəlki kimi olacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər