Mayın 12-də Ukraynanın paytaxtında yerləşən GUAM Katibliyində Anatoli Matviyenko başda olmaqla Ukrayna Ali Radasının GUAM-ın Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatının – GUAM-ın baş katibi Valeri Çeçelaşvili ilə görüşü olub. Bu barədə AZƏRTAC-a təşkilatın mənzil-qərargahından məlumat veriblər.
Görüşdə PA-da Ukrayna sədrliyinin prioritetləri, Ukraynanın sədrliyi çərçivəsində keçiriləcək tədbirlərin yeri və qrafiki, habelə GUAM PA-nın plenar iclasının və komitələrin iclaslarının gündəliyi və müzakirə ediləcək məsələlər müəyyənləşdirilib.