18 May 2015 10:42
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının Qadınlar Birliyinin sədri Ellada Məmmədli partiya sıralarından xaric edilməsinə münasibət bildirib.

E.Məmmədli Teleqraf.com-a açıqlamasında bildirib ki, Müsavat Partiyasında bir qrup şəxs rayon təşkilatlarını qazanc mənbəyinə çevirib: "Vətəndaşların xaricdə sığınacaq alması üçün pullu xidmət göstərən bəzi rayon təşkilatları rəhbərliyə yaltaqlanmaqla məşğuldur. İddia edirsiniz ki, Xətai rayon təşkilatının istefa verən 55 üzvünün ərizəsini mən hazırlamışam. Müsavatı özünə məbəd bilənlə mənim sözümlə istefa verməzlər. Dediyiniz yalanlara inanırsınız? Onlar yeni rəhbərliyin avtoritar idarəçiliyinə , ləyaqətliləri partiyadan uzaqlaşdırdığına , daxildə demokratiyanı boğduğuna, partiyanı uçuruma sürüklədiyinə etiraz edərək istefa verdilər. İstefa verənlərin 9 nəfər olduğunu, onlardan birinin ölü , 8 nəfərin diri olduğunu qeyd edənlər, barı ölənin kim olduğunu, yəni adını açıqlayın. Çünki dedikləriniz yalandır və isbatı da yoxdur. Nə qədər Hacılı qardaşları Musavatdadır, yalan da ayaq tutub yeriyəcəkdir".

Qeyd edək ki, Müsavat Partiyası E.Məmmədlini partiyanın Nizamnaməsini pozduğuna, üzvləri partiyadan istefa verməyə təhrik etdiyinə görə qurumdan kənarlaşdırılıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər