24 May 2015 23:14
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək birinci Avropa Oyunları Azərbaycanı və onun imkanlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün böyük şans yaradır.

Bu fikri Çex Respublikasının Prezidenti Miloş Zeman Böyük Britaniyanın “The Business Year” jurnalına müsahibəsində deyib.

Prezident Miloş Zeman Avropa Oyunlarında iştirak edəcək çexiyalı idmançılara və bu Oyunların təşkilatçılarına uğurlar arzulayıb. Dövlət başçısı, eyni zamanda, çexiyalı idmançıların Oyunlarda çoxlu medal qazanacağına ümidvar olduğunu bildirib. (AZƏRTAC)


Müəllif:

Oxşar xəbərlər