11 İyun 2015 15:59
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tiflisdə konfransdayam və Dağlıq Qarabağ münaqişəsi haqqında konfrans iştirakçıları qarşısında çıxış edən ATƏT rəsmisi üzərində NKR yazılmış xəritə nümayiş etdirdiyi azmış kimi, deyir ki, 60 min azərbaycanlı Dağlıq Qarabağ ətrafındakı rayonlarından məcburi köçkünə çevrilib."

Teleqraf.com xəbər verir ki, bunu Facebook-da politoloq Ərəstun Oruclu yazıb. Politoloq daha sonra qeyd edir:

"Üstəlik də adam bu rayonların işğalı barədə "armenians occupied" (işğal etdilər) əvəzinə "armenian troops conquered" (erməni qoşunları fəth etdilər) ifadəsini işlədir. Xahiş etdim ki, qalıb mənim çıxışımı dinləsin, qalmadı.

Deyəsən, axı bu təşkilatı Azərbaycandan qovmaqda tam haqlıdılar."


Müəllif:

Oxşar xəbərlər