11 İyun 2015 17:14
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan hakimiyyəti olaraq o iddiadayıq ki, Azərbaycanda siyasi məhbus yoxdur. Azərbaycanda ayrı-ayrı əməllərinə görə məhkum olunmuş insanlar var. Onların barəsində məhkəmənin qərarları, hökmü var. Heç bir icra hakimiyyəti də məhkəmənin qərarını şübhə altına almaq səlahiyyətində deyil".

Trend xəbər verir ki, bunu Azərbaycanın Respublikası Prezidentinin köməkçisi Əli Həsənov bu gün yerli və xarici media nümayəndələrinin iştirakı ilə I Avropa Oyunlarına həsr olunmuş geniş mətbuat konfransında bildirib.

"Əl-Cəzirə" teleşirkətinin nümayəndəsinin Azərbaycanda "Siyasi məbbuslar nə vaxt azad olunacaq" sualına cavab verərkən Azərbaycan Prezidentinin köməkçisi deyib ki, bu, bəzi Qərb dairələrinin ortaya atdığı məsələdir.


Ə.Həsənov qeyd edib ki, Azərbaycanda söz və mətbuat azadlıqları gündəmə gətirilərək təlqin olunur ki, guya burada siyasi məhbuslar var, söz və mətbuat azadlığı pozulur, azad media mövcud deyil:

"Azərbaycan 15 ilə yaxındır ki, Avropa Şurasının üzvüdür. Bu o deməkdir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları Azərbaycanda birbaşa keçərlidir. Azərbaycan Avropanın hüquq məkanındadır. Kimisə hansısa məhkəmə qərarı qane etmirsə, həmin məsələni İnsan Hüquqları Məhkəməsinə çıxara bilər. Bu o deməkdir ki, Azərbaycan məhkəmələri istəsə belə, istər siyasi, istərsə də vətəndaş cəmiyyətinin üzvünü Avropa prinsiplərindən kənar məhkum edə bilməz".

Onun sözlərinə görə, Azərbaycan məhkəmələri hakimiyyətin müstəqil qanadıdır. Burada məhkəmələr hüquqi dövlət normalarına uyğun fəaliyyət göstərir.


Prezidentin köməkçisi bildirib ki, burada tam siyasi fəaliyyət azadlığı var: "Azərbaycanda 55 siyasi partiya var. Onlar mitinqlər, yürüşlər, etirazlar, aksiyalar keçirmək, seçkilərdə iştirak etmək kimi tam azadlığa malikdirlər. Avropanın bəzi dairələri tərəfindən geniş kampaniyaya çevrilən "Azərbaycanda siyasi məhbus, insan hüquqları, mətbuat azadlığı mövcuddur" fikirlərinin heç bir əsası yoxdur".

Qeyd edək ki, mətbuat konfransı Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi tapşırığı əsasında keçirilir.


Müəllif:

Oxşar xəbərlər