Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın General-Qubernatoru Devid Constona təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Kanada günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Kanada münasibətlərinin genişlənməsi, qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın dərinləşməsi istiqamətində bundan sonra da səylər göstərəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Kanada xalqına daim sülh və rifah diləyirəm".