4 İyul 2015 02:17
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) baş komandanı Viktor Çirkov Azərbaycan, İran və Qazaxıstan HDQ komandanları ilə Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması ilə bağlı oktyabrda Rusiyada məsləhətləşmələrin aparılmasına dair razılığa gəlib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Xəzər dənizində kollektiv təhlükəsizlik sisteminin yaradılması məsələsi Sankt Peterburq Beynəlxalq Hərbi-Dəniz Salonu çərçivəsində admiral Çirkovun Azərbaycan, İran və Qazaxıstanın nümayəndə heyətləri ilə keçirdiyi işgüzar görüşü zamanı müzakirə olunub.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı tərəflər məşvərətçi orqan olacaq Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin Komandanları Komitəsinin təsis olunmasının və Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Sazişin imzalanmasının mümkünlüyünü müzakirə ediblər.

“Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı Viktor Çirkov ilə görüş zamanı nümayəndə heyətləri qeyd olunan istiqamətlər üzrə bundan sonra da birgə işləməyə hazır olduqlarını bildiriblər və oktyabrda Rusiyada müvafiq məsləhətləşmələrin birinci raundunun keçirilməsinə dair razılığa gəliblər”, de


Müəllif: