8 İyul 2015 19:33
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın səfirliyi Azərbaycanda çevriliş hazırlamır. Səfirlik ölkədə nə hər hansısa partiyanı təlimatlandırır nə də partiyaları maliyyələşdirir. Bu sırada olan istənilən şayiələr ABŞ-ın Azərbaycanın sabitliyinə, firavanlığına və müstəqilliyinə illər boyu verdiyi mühüm dəstəyə və əməkdaşlığa qarşı ədalətsizlikdir”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin “ABŞ səfirliyinin bəyanatı media şayiələrini ifşa edir” bsaşlıqlı bəyanatında deyilir.

Səfriliyin bəyanatında deyilir ki, səfir Sekuta Yeni Azərbaycan Partiyası, Xalq Cəbhəsi və Musavat partiyaları da daxil olmaqla, müxtəlif siyasi partiyalar nümayəndələri ilə görüşərək onların fikirlərini dinləmişdir. Sözügedən görüşlər Səfirin Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq niyyətinin bir hissəsidir və bu görüşlər barədə məlumat ictimayyətə öncədən çatdırılmışdır. Səfir həmçinin Azərbaycan hökumətinin yüksək rütbəli təmçilçilərilədə görüşlər keçirir.


Müəllif:

Oxşar xəbərlər