11 İyul 2015 19:52
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüquqşünas Aslan İsmayılov növbəti dəfə müxalifət partiyalarına ironik münasibət sərgiləyib. A.İsmayılov qeyd edib ki, Müsavat Partiyası dağılanda AXCP toy-bayram edirdi. İndi isə Müsavat Partiyası şənlik keçirir: "Bunlar bir-birini ifşa etməklə məşğuldurlar".

A.İsmayılovun bu mövqeyi ona hər iki partiya tərəfindən hücumları gücləndirib. Ancaq hüquqşünası dəstəkləyənlər də olub. AXCP sədrinin sabiq müşaviri Zərifə Məhəddinova qeyd edib ki, bunlar müxalifət deyil, bu xainlərə başqa bir ad fikirləşmək lazımdır.

Arif Hacılının müşaviri Azər İsmayıl və Əli Kərimlinin mətbuat katibi Natiq Ədilov isə daha irəli gedərək hüquqşünası ciddi tənqid edib, onun I Avropa Oyunlarını dəstəkləməsini pisləyiblər.
Vəkil isə hər iki şəxsə layiqli cavab verib.

Cavidan


Müəllif:

Oxşar xəbərlər