21 Avqust 2015 20:59
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın dinamik inkişafı Ukrayna-Azərbaycan əməkdaşlığının dərinləşməsinə əlavə imkan verir”

“Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur”. Bu barədə Ukraynanın Azərbaycandakı səfirliyinin bu ölkənin müstəqilliyinin növbəti ildönümü (24 avqust 1991) münasibətilə yaydığı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, iki ölkənin münasibətləri geniş hüquqi bazaya əsaslanır və bu baza müxtəlif sahələrdə əməkdaşlıq üçün bünövrə rolunu oynayır. Həmçinin 27 mart 2014-cü il tarixində Azərbaycanın BMT Təhlükəsizlik Şurasında Ukraynanın ərazi bütövlüyünə dair qətnamənin lehinə səs verdiyi vurğulanır: “Bu gün iki ölkə arasında parlamentlərarası komissiyalar yaradılıb və müxtəlif əməkdaşlıq sferalarına aid işçi qrupları fəaliyyət göstərir. Şübhəsiz ki, iki ölkə arasında əlaqələrin inkişafının əsasını və koordinasiya rolunu ali səviyyədə orqan olan Prezidentlər Şurası icra edir. Bu Şuranın iclası müntəzəm şəkildə keçirilir və onun gündəliyinə hər zaman Ukrayna-Azərbaycan əməkdaşlığının aktual məsələləri daxil edilir. 30 iyun 2014-cü il tarixində ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik məsələləri Komitəsinin Bakıdakı iclasında Rusiyanı Krımın işğalını tez bir zamanda dayandırmağa çağıran qətnamə qəbul edilib. Azərbaycanın dinamik inkişafı və onun beynəlxalq arenada artan nüfuzu Ukrayna-Azərbaycan əməkdaşlığının gələcəkdə inkişafı və dərinləşməsinə əlavə imkan verir. Bu əməkdaşlıq ilk növbədə siyasi, daha sonra ticarət-iqtisadi, energetika, tikinti, nəqliyyat , aerokosmik və hərbi-texniki sahələrdə inkişaf edir. 2014-cü ilin nəticəsinə əsasən iki ölkə arasında xarici ticarət dövriyyəsi 674,2 milyon dollar olub”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər