29 May 2014 17:52
1 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) biologiya və tibb elmləri bölməsinin akademik katibi, akademik Əhliman Əmiraslanovun iştirakı ilə bu bölmənin ümumi yığıncağı baş tutub. Toplantıda AMEA Rəyasət Heyəti üzvləri də iştirak ediblər.

Teleqraf.com-un xəbərinə görə, açılış nitqi ilə çıxış edən ATU rektoru, akademik Əhliman Əmiraslanov iclasda “Tibb” ixtisası üzrə AMEA-nın müxbir üzvlüyünə keçirilən seçkilər haqqında məlumat verdi. Ə. Əmiraslanov bu yerlərə Tibb Universitetindən olan namizədlərin kimliyini açıqlayaraq bu alimlərin ATU-nun Böyük Elmi Şurası tərəfindən dəstəkləndiyini bildirdi. Tibb Universitetinin rektorunun sözlərin görə, namizədlər AMEA tərəfindən yaradılmış xüsusi komissiya tərəfindən qiymətləndiriləcək.

Daha sonra AMEA müxbir üzvlüyünə Tibb Universitetindən olan namizədlər çıxış edib özlərinin elmi fəaliyyəti, əldə etdikləri nailiyyətlərlə bağlı ətraflı məlumat verdilər.

ATU tərəfindən (AMEA) biologiya və tibb elmləri bölməsinə namizədlikləri dəstəklənən alimlər sırasında ATU Oftalmologiya kafedrasının müdiri, tibb elmləri doktoru Paşa Musayev (Qəlbinur) var. Onun kəşf etdiyi “Aktipol” prparatı bu günə qədər dünyada istifadə olunan ən effektli antivirus dərmanlarından biridir.

Növbəti çıxış edən namizədlər ATU-nun I cərrahi xəstəlikləri kafedrasının müdiri Qaraciyər transplantasiyası, cərrahi və terapevtik hepatologiya, laparoskopik cərrahiyyə, ümuni və onkoloji cərrahiyyə üzrə mütəxəssis, professor Nuru Bayramov (avropa Hepatoloqlar Cəmiyyəti, Beynəlxalq Qastroenteroloqlar və Onkoloji Cərrahlar cəmiyyəti və digər qurumaırı üzvü, 215 elmi əsərin müəllifi), ATU histologiya və embriologiya kafedrasının professoru Habil Muradov (243 elmi işin, 187 elmi məqalənin müəllifi, Elmin İnkişaf Fondunun maliyyələşdirdiyi 3 qrant müsabiqəsinin qalibi), ATU-nun Əczaçılıq fakültəsinin dekanı, professor, Prezident yanında Ali Attestasiya Komissiyasının üzvü Tahir Süleymanov və ATU-nun ağız və üz-çənə kafedrasının professoru Çingiz Rəhimov olub.

Cavidan


Müəllif: