31 Avqust 2015 16:37
923
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyası (ADP) sentyabrın 5-də deputatlığa namizədlər siyahısını açıqlayacaq. Bu barədə Teleqraf.com-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, Ali Məclis öncə siyahını təsdiqləyəcək.

"Təxminən 30 dairə üzrə namizəd irəli sürmək niyyətindəyik. Digər partiyalarla əməkdaşlıq edəcəyik. Bilirsiniz ki, biz Ümid Partiyası ilə birgə seçkilərdə iştirak etmək niyyətində idik. Amma onlar fərqli formada seçkilərə qatıldılar və biz də ayrılıqda prosesdə iştirak etmək məcburiyyəti qarşısında qaldıq. Partiya sədrlərinin namizəd olacağı dairələrdən namizəd irəli sürməyəcəyik. Hər partiyadan bir nəfərə güzəşt edəcəyik", - deyə ADP sədri bildirib.

S.Cəlaloğlu 21 saylı Nəsimi birinci seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmək niyyətindədir: "Keçən seçkilərdə də bu dairədən namizədliyimi irəli sürmüşdüm. Bu dəfə daha çox səs toplaya bilərəm".

Ayxan


Müəllif:

Oxşar xəbərlər