4 Sentyabr 2015 15:25
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edən Müsavat Partiyası, ReAl və NİDA Vətəndaş Hərəkatları seçkilər dövründə fəaliyyətlərinin uzlaşdırılması barədə razılığa gəlib.

Teleqraf.com xəbər verir ki, bu istiqamətdə bir neçə görüş keçirilib və seçkilərdə əməkdaşlığın formaları haqda müzakirələr davam etdirilib.

"Parlament seçkilərinə hazırlıq, namizədlərin irəli sürülməsi, dairələr üzrə irəli sürülən namizədlərin qeydiyyatı, qeydə alınmış namizədlərin seçki kampaniyası dövründə bir-birinə qarşı təbliğat aparmamaları, dairələr üzrə vahid namizədlərin müəyyənləşməsi imkanlarını araşdıracaqları barədə razılığa gəlirlər. Tərəflər seçki günü birgə müşahidənin təşkili, seçkilərin nəticəsi haqqında birgə yekun rəyin hazırlanması barədə razılığa gəlirlər" deyə bəyanatda qeyd olunur.

Ayxan


Müəllif:

Oxşar xəbərlər