Ədalət Partiyası noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edəcək üzvlərin siyahısını açıqlayıb.
Partiyadan Teleqraf.com-a verilən məlumata görə, ilkin siyahıda 28 namizəd qeyd olunsa da, dəyişikliklərin və əlavələrin olacağı istisna deyil. Vurğulanıb ki, təqdim olunan namizədlərin hamısı Ədalət Partiyasının rəhbər strukturlarına daxil olan şəxslər və partiyanın üzvləridir. Partiya sədri İlyas İsmayılov 106 saylı Tovuz-Qazax-Ağstafa dairəsindən namizədliyini irəli sürüb. Ədalət Partiyasının sədr müavinləri Meydan Babayev 3 saylı Babək-Kəngərli-Naxçıvan, Mütəllim Rəhimli 16 saylı Yasamal 2-ci seçki dairəsindən namizəd olacaq. Ədalət Partiyasının MNTK sədri Ayaz Əfəndiyev 40 saylı Kəpəz 2-ci (Gəncə), Ədalət Partiyasının Yasamal RT sədri İlqar Əliyev15 saylı Yasamal 1-ci, Xətai RT-nin sədr müavini Məhəmməd Bayramov 33 saylı Xətai 1-ci, Sumqayıt ŞT sədri Mehriban Muxtarova 42 saylı Sumqayıt 2-ci, Yardımlı RT sədri Ağasəf Ağayev 72 saylı Yardımlı-Masallı, Astara RT sədri Ələddin Qasımov 77 saylı Astara-Şamaxı RT sədri Akif Fətəliyev85 saylı Şamaxı, Ucar RT sədri Vadim Məmmədov 91 saylı Ucar, Zərdab RT sədri Əlayif Həsənov 92 saylı Zərdab-Ucar, Daşkəsən RT sədri Elşad Qafarov 101 saylı Göygöl-Daşkəsən, Nərimanov RT sədri Elman Bağırov103 saylı Gədəbəy, Qazax RT sədri Oruc Vəliyevin isə 107 saylı Qazax seçki dairəsindən namizədliyi veriləcək.
Həmçinin Ədalət Partiyası Ali Məclisinin üzvləri seçkilərə qatılacaq.
Qeyd edək ki, Zərdab rayon təşkilatının sədri Əlayif Həsənovun namizədliyini REAL Hərəkatı da 92 Saylı Zərdab-Ucar seçki dairəsindən vermişdi. Ə.Həsənov özü bildirmişdi ki, hazırda Ədalət Partiyasını dairə seçki komissiyasında təmsil etdiyindən namizəd ola bilməz. Lakin deputatlığa namizədlik barədə düşünür və belə olan halda dairə seçki komissiyasında səlahiyyətinə xitam veriləcək. Lakin o, REAL-dan, yoxsa Ədalət Partiyasından namizəd olacağı barədə heç nə demək istəməmişdi.
Ədalət Partiyası isə bəyan etmişdi ki, REAL heç bir halda Ədalət Partiyasının Zərdab rayon təşkilatının sədri Ə.Həsənovun namizədliyini verə bilməz.
Nərgiz